'Sərhədlər açılmayacaq!'

DÜNYA
08:58 28.05.2012
2038
Türkiyənin Qars vilayətində Azərbaycan Demokratik Respublikasının quruluşunun 94-cü ildönümü ilə əlaqədar qəbul keçirilib. Tədbirdə Azərbaycanın Qars konsulu Ayxan Süleymanov, şəhər valisi Əhməd Kara və bir sıra dövlət rəsmiləri iştirak ediblər. Qars ilə 165 km məsafədə olan Ermənistan sərhəddinin Nazirlər kabinetinin qərarı ilə bağlandığını xatırladan Əhməd Kara Xocalı şəhidlərini də rəhmətlə xatırladıqlarını deyib. “Bu xoş gündə yaraları deşmək istəməzdim. Amma mən Xocalı qətliamında həyatını itirən və bütün Azərbaycan şəhidlərini rəhmətlə yad edirəm və hüzurunuzda ermənilərin törətdiyi qətliamları bir daha pisləyirəm”.Ermənilərin ölkədəki xaosdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etdiyini deyən vali işğala son verilmədikcə sərhəd qapılarının açılmayacağını vurğulayıb. “Bilirsiniz ki, cənab baş nazir dəfələrlə ifadə edib: “Ermənilər Qarabağdan, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadıqca biz Türkiyə olaraq Ermənistan sərhəddini bağlı saxlamağa davaç edəcəyik!”. Bilirsiniz ki, 1991-ci ildə ermənilər Azərbaycanda olan xaosdan istifadə edərək bu ölkənin bir hissəsini işğal edib”.Azərbaycanı Türkiyəyə qardaş bildiklərini deyən Əhməd Kara mərhum Heydər Əliyevin sözlərinin bu qardaşlığı şərhsiz nümayiş etdirdiyini deyib. “Biz həqiqətən Azərbaycanı özümüzə qardaş bilirik. Onsuz da Atatürk Sovet İttifaqının bir gün dağılacağını və Türk respublikalarının müstıəqillik əldə edəcəklərini demişdi. Heydər Əliyevin isə bu sözlərini şərh etməyə ehtiyac yoxdur. Onun “Bir millət, iki dövlət” sözü hər şeyi açıqca göstərir. Azərbaycan Respublikasının quruluşunun 94-cü ildönümünü təbrik edirəm”.

OXŞAR XƏBƏRLƏR