Serial çəkilişində ölümlə nəticələnən qəza

DÜNYA
09:30 02.05.2012
2579

“Arka Sıradakiler” serialının sənət assistenti 26 yaşlı Selin Erdem qəza nəticəsində ölüb

Türkiyənin telekanallarından birində nümayiş olunan “Arka Sıradakiler” serialının çəkiliş meydançasında ölümlə nəticələnən qəza baş verib. Hadisə ötən axşam yerli vaxtla saat 19.00-da (Bakı vaxtıyla 21.00) meydana gəlib. Məlumata görə, çəkiliş qrupuna aid əyləcində nasazlıq meydana gələn mikroavtobus qəfildən film heyətindən söhbət edən bir neçə nəfəri əzib. Qəza nəticəsində serialın sənət assistenti 26 yaşlı Selin Erdem ölüb, sürücü ilə birlikdə 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR