Seriala baxan 80 nəfər edam olundu

DÜNYA
00:29 12.11.2013
1166

Ölkədə kütləvi reydlər keçirilib və Cənubi Koreya serialları, “sabun operaları”na baxanlar cəzalandırılıb

Şimali Koreya Demokratik Respublikasında (ŞKDR) 80-dən artıq ölkə vətəndaşı seriallara baxdıqlarına görə cəzalandırılıb. ANS PRESS-in verdiyi məlumata görə, bu barədə Yaponiyanın “Aziya Press” qəzeti yazıb. Qəzetin məlumatına görə, bu ilin oktyabr ayında ölkənin əksər şəhərlərində kütləvi reydlər keçirilib və Cənubi Koreya serialları, “sabun operaları” filmlərə baxdıqlarına görə cəzalandırılıb. Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarına məhəl qoymayaraq bu seriallara baxanlar edam cəzası alıblar. Ekspertlər bu məsələni şərh etməkdə aciz qaldıqlarını bildiriblər. Qəzetin məlumatında bildirilir ki, edamlar ölkənin müxtəlif şəhərlərində həyata keçirilib: “Oktyabrın 29-da Çxonçjin şəhərində cənubi Koreya məhsulu olan seriallarını izləyən Kim Çxek adına kombinatın yüksək çinli üç məmuru güllələnib. Ondan iki gün əvvəl Xesan şəhərinin Yanqak vilayətində daha iki nəfər edam olunmuşdu". Cənubi Koreya qəzeti olan “Çunan İlbo”nun yazdığına görə, bu hələ edamın başlanğıcı olub. Noyabrın əvvəlindən ŞKDR-in Vonsasnse, Sinıçju, Çxonçjine, Sarivone və başqa şəhərlərdə ümumilikdə 80 nəfər güllələnib. Bütün güllələnmələr ictimai yerlərdə aparılıb və onların minlərlə tamaşaçıları olub.

OXŞAR XƏBƏRLƏR