Serialdaki xəyanətə görə kanal cəzalandırıldı

Serialdaki xəyanətə görə kanal cəzalandırıldı
MAQAZİN
18:59 12.02.2026
355
Türkiyənin Radio və Televiziya Üst Şurası (RTÜK) "Ay Yapım"ın istehsalı olan və "NOW" kanalında yayımlanan "Kıskanmak" serialını cərimələyib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanala "Kıskanmak" serialına görə pul cəzasının ödənməsi tələb olunub.

Buna səbəb isə serialın son üç bölümündə nikahdankənar münasibət və xəyanət mövzularının intensiv şəkildə təqdim olunmasıdır.

Qeyd edək ki, serialda Özgü Namal, Mehmet Günsür və Selahattin Paşalı kimi məşhur aktyorlar rol alır.
OXŞAR XƏBƏRLƏR