"Şerif"in baş məşqçisi: "Qarabağ" ciddi qol imkanı yarada bilmədi"

"Şerif"in baş məşqçisi: "Qarabağ" ciddi qol imkanı yarada bilmədi"
İDMAN
11:03 24.08.2018
3206

"Komandamı çətin qələbə münasibətilə təbrik edirəm. Matçın bizim üçün çətin olacağını bilirdik. Çünki "Şerif" üçün ötən müddətdə də ağır oyunlar olmuşdu. İslandiya "Valür"ü ilə Avropa Liqasının III təsnifat mərhələsinin görüşlərini və "Milsami" ilə ölkə çempionatı matçlarını nəzərdə tuturam. Hazırlıq üçün vaxtımız çox az idi".

"Report" xəbər verir ki, bunu Moldova "Şerif"inin baş məşqçisi Qoran Sabliç evdə "Qarabağ"ı 1:0 hesabı ilə yendikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis ikinci qolu vura bilməmələrinə təəssüfünü gizlətməyib: "Futbolçularım bütün istəklərimi yerinə yetirdi. Taktiki cəhətdən yaxşı çalışdıq, oyun intizamı lazımi səviyyədə idi. Əlbəttə, ikinci qolu vurmamağımıza təəssüflənirəm. Topa yiyələnmənin "Qarabağ"ın tərəfində olacağını gözləyirdik. Sürətli hücum və əks-hücum üçün məqam gözləyirdik. Fikrimcə, bu, pis alınmadı. Amma ikinci qolu vurmaq üçün imkanlardan yararlana bilmədik".

Xorvatiyalı baş məşqçi "Qarabağ"ın ciddi imkanlar yaratmadığını da vurğulayıb: "Belə topla oynayan komandanın qol vəziyyətləri yaradacağını düşünürdük. Lakin xatırladığım qədərilə son dəqiqədəki yaxşı qol imkanınadək rəqib elə topla hərəkət edirdi. Hansısa ciddi epizod yarada bilmədilər. "Qarabağ"ın avrokuboklardakı oyunlarına baxmışdıq. Qurban Qurbanovun fəlsəfəsini, uzun müddət bir yerdə olduqlarını, mövqe futbolu sərgilədiklərini, cinahlar vasitəsilə sürətli oynayacaqlarını bilirdik. Buna uyğun olaraq, yaxşı hazırlaşmışdıq. İnanmıram ki, rəqib cavab görüşündə belə oyun fəlsəfəsini dəyişəcək".

Sabliçin fikrincə, "Şerif" bir həftədən sonra daha yaxşı vəziyyətdə olacaq: "İlk oyunda komandamız xarakter göstərdi. Belə oyunu davam etdirməliyik. Müdafiə və hücumun yaxşı çalışması, istək və yaxşı hazırlıq sayəsində belə komandaya qarşı lazımi səviyyədə oyun nümayiş etdirmək olar".

Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda