Serj Sarqsyan koronavirusa yoluxdu

Serj Sarqsyan koronavirusa yoluxdu
DÜNYA
14:29 28.01.2021
806
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan koronavirusa yoluxub.

Məlumatı "Sputnik Armeniya” yayıb.

Bildirilib ki, o, yanvarın 17-dən karantindədir. Virusa yolxuduğu üçün Serj Sarqsyan bütün görüşləri təxirə salıb və yanvarın 28-də hərbçilərin qəbiristanlığına getməyib.

Xatırladaq ki, Serj Sarqsyanın həyat yoldaşı Rita Sarqsyan noyabrın 20-də 58 yaşında koronavirusdan ölüb. Rita Sarqsyan koronavirusa yoluxmuşdu. O, noyabrn 16-da Yerevandakı klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. R.Sarqsyanı daha sonra ağır vəziyyətdə Almaniyaya aparmışdılar. Serj və Rita 1983-cü ildə evləniblər. Onların iki qızı, 5 nəvəsi var.
 
///Report
OXŞAR XƏBƏRLƏR