Kəşmirdə sərnişin avtobusunun körpüdən dərəyə aşması nəticəsində 10 nəfər ölüb, 55 nəfər yaralanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Kəşmir bölgəsinin Cammu şəhərinin Srinagar şossesində səhər saatlarında içərisində 75 nəfərin olduğu sərnişin avtobusu körpünün üstündən keçərkən dərəyə düşüb.
Hadisə yerinə çoxlu sayda polis və tibb işçiləri göndərilib. Yaralılar ərazidəki özəl xəstəxanaya yerləşdirilib. Polis qrupları, qəzanın necə meydana gəldiyi bilinməyən hadisə ilə bağlı araşdırma başlatdıqlarını açıqladı.
Hindistan prezidenti Draupadi Murmu qəzada yaxınlarını itirənlərə başsağlığı verib.
Mikayıl