Sərnişin təyyarəsi qəzaya uğradı: 16 nəfər yaralandı
DÜNYA
11:17 03.02.2013
1164
İtaliyanın paytaxtı Romada sərnişin təyyarəsi qəzaya uğrayıb. Rumıniyanın "Carpatair" aviaşirkətinə məxsus "ATR 72" təyyarəsi "Fyuminçino" hava limanında eniş zolağından kənara çıxıb.İtaliyanın "ANSA" xəbər agentliyi isə xəbər verir ki, hadisə nəticəsində rumıniyalı pilot da daxil olmaqla, 16 nəfər xəsarət alıb. Təyyarənin göyərtəsində 50 nəfər olub.