Sərnişinlərin nəzərinə: Bakıda iki avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək

Sərnişinlərin nəzərinə: Bakıda iki avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
SOSİAL
17:55 05.09.2022
226
Bakıda iki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu Əmircan qəsəbəsinin daxili yollarında aparılan abadlıq işləri ilə əlaqədar 191 və 213 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək Cabir Əliyev və Abbasqulu ağa Bakıxanov küçələri ilə təşkil edilib.
OXŞAR XƏBƏRLƏR