Şərqiyyə Hüseynovanın qızı öldü- YENİLƏNİB- FOTOLAR

MƏDƏNİYYƏT
11:46 08.09.2014
30457
Xalq artisti, diktor Şərqiyyə Hüseynovanın ailəsində ağır itki baş verib.
12:07
Azərbaycanın məşhur diktoru Şərqiyyə Hüseynovanın qızı vaxtsız dünyasını dəyişib.
Şərqiyyə Hüseynovanın bacısı Samirə xanım ANS PRESS-ə açıqlamasında Mehriban Əhmədovanın insult keçirdiyini bildirdi:
"Qəflətən beyninə qan sızdı. Heç bir problemi yox idi. Təkcə uşaq yaşlarından asma xəstəliyindən əziyyət çəkirdi. Bilmirik niyə belə oldu. Bacım dəhşət içindədi..."
11:46
AZXEBER.COM-un məlumatına görə, xalq artistinin 1971-ci il təvəllüdlü qızı Mehriban dünyasını dəyişib.
Bu haqda əməkdaşımızla söhbətində əməkdar artist Aybəniz Haşımova məlumat verib:
“Şərqiyyə xanımın qızı vəfat edib. Mən də indi eşitdim. Heç bir xəstəliyi yox idi, gənc xanım idi. Deyirlər insult keçirib, beyninə qan sızıb”.
Qeyd edək ki, mərhumənin Ayan adlı bir qızı var.

OXŞAR XƏBƏRLƏR