Sertifikasiyada 0-29 bal toplayanların 56 faizi bu kollecin məzunudur

Sertifikasiyada 0-29 bal toplayanların 56 faizi bu kollecin məzunudur
SOSİAL
12:06 06.07.2023
1072
Sertifikasiya imtahanında 0-29 bal toplayan ibtidai sinif müəllimlərinin 56 faizi Ağcabədi Pedaqoji Kollecinin məzunu olub.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.

"Həmçinin 52 faizi Gəncə Humanitar Kollecinin, 49 faizi isə Astara Pedaqoji Texnikumunun məzunu olub", - nazir qeyd edib.

Azərbaycan dili və ədəbiyyat üzrə sertifikasiyada 0-29 bal toplayan müəllimlərin 35 faizi isə Kirovabad Dövlət Pedoqoji İnstitutunun məzunu olub.

"0-29 bal toplayan Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 27 faizi Müəllimlər İnstitutunun Gəncə filialının, 27 faizi Qazax filialının məzunu olub. Gəncə Dövlət Pedoqoji İnstitutunun məzunlarının faiz göstəricisi isə 17-dir", - nazir əlavə edib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR