Şərur sakinindən marixuana aşkarlandı

KRİMİNAL
19:35 22.01.2019
11544

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şərur rayon sakini  Yaşar Şəfiyev saxlanılıb.  Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 385 qram olan sellofan bükümdə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Daşkəsən RPŞ-də araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR