Şərurda maşın qaz xəttinə çırpıldı - 801 abonent qazsız qaldı

Şərurda maşın qaz xəttinə çırpıldı - 801 abonent qazsız qaldı
HADİSƏ
18:02 27.09.2025
138
Şərurda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində boru yararsız hala düşüb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Dizə kəndində baş verib.

Qəza nəticəsində qaz borusu zədələnib. Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb. 

Hadisə nəticəsində xəsarət alan yoxdur.
OXŞAR XƏBƏRLƏR