Şərurda yeniyetmə turşudan zəhərlənərək ölüb

SOSİAL
12:56 22.09.2024
148
Şərur sakini turşudan zəhərlənərək dünyasını dəyişib.

"Report”un yerli bürosu xəbər verir ki, hadisə Şərur rayonunun Kürkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib.

Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Faktla bağlı Şərur rayon Prokrorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR