Müğənni Sərxan Kərəmoğlu mübahisə yaşadığı prodüser Asif Kərimovdan üzr istəyib.
AZXEBER.COM xəbər verir ki, Sərxan "Rəngarəng" verilişinə zəng edərək dediyi sözlərdən peşman olduğunu dilə gətirib.
"Qəlbinə toxundumsa Asifdən üzr istəyirəm. O sənətkardır" deyə Sərxan Kərəmoğlu bildirib.
Xatırladaq ki, Sərxan Kərəmoğlu dünən "Rəngarəng" verilişində prodüser, aranjemançı Asif Kərimovun ünvanına ağır ittihamlar səsləndirmişdi.
O, "Asif nə prodüserdir ki? Hansı layihələrə imza atıb? Ona-buna konsert edib 20.000 manatı cibinə qoymaqla prodüser olmurlar" sözlərini demişdi.
Aysel