AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev yığma komandanını yeni baş məşqçi Fernandu Santoşun maaşını açıqlamayacaqlarını deyib.
AZXEBER.COM xəbər verir ki, o, mətbuat konfransda bu haqda bildirib:
"Millinin baş məşqçisi Fernandu Santuşun maaşını açıqlamayacağıq. Müqaviləmiz bir il artırma şərti ilə 3 illikdir".
Xatırladaq ki, portuqaliyalı 69 yaşlı F.Santuş dünən Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.