'Serxio Ramos 'Barselona'da oynamalıdır'

İDMAN
16:39 13.02.2013
1323
“Barselona”nın futbolçusu Pedro əzəli rəqibləri olan “Real”ın futbolçusu Serxio Ramosun komandalarında görmək istədiyini deyib.AZXEBER.COM-un İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, o qeyd edib ki, hər şey ondan asılı olsaydı, Ramosu “Barsa”ya transfer edərdi: “Çünki o, dünyanın ən güclü və sürətli oyunçularından biridir”.Çempionlar Liqasının 1/8 final mərhələsində “Milan”laqarşıdakı oyunlarına da toxunan Pedro deyib: “Barsa” və “Milan” böyük klublardır. Buna görə də hər şey ola bilər. Belə matçlarda favorit olmur”.

OXŞAR XƏBƏRLƏR