Sərxoş halda xidmət aparan polis işdən çıxarıldı - FOTO

Sərxoş halda xidmət aparan polis işdən çıxarıldı - FOTO
SOSİAL
15:18 07.04.2020
7793
Ötən gün sosial şəbəkələrdə sərxoş vəziyyətdə görüntüləri yayılan polis əməkdaşı işdən azad olunub.

AZXEBER.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin Quba reginal qrupundan Unikal.org-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşı, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb və o, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.
OXŞAR XƏBƏRLƏR