Silahla ehtiyatsız davrandı, xəstəxanalıq oldu.
ARB TV xəbər verir ki, Şəmkir rayonunun Yeni Həyat kənd sakini, 41 yaşlı Fəxrəddin Aslanov özünün bildirdiyinə görə, sərxoş olduğu üçün silahla ehtiyatsız davranıb.
Silahdan atəş açılaraq, onu ayaq nahiyəsindən yaralayıb. Sağ pəncəni dəlib keçən yaralanma diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.