Sərxoş bir qadının toy mərasimini məhv etməsi anı internetdə böyük marağa səbəb olub.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu günə qədər YouTube-a yüklənmiş həmin videonu 1 milyondan artıq adam izləyib.Qeyd edək ki, açıq səma altında keçirilən toyun hansı ölkədə keçirildiyi qeyd olunmur.Videodan göründüyü kimi qırmızı paltarlı bir qadın içkinin təsirindən özünə nəzarəti itirərək çılğın şəkildə rəqs edir.Qəfildən qaçaraq toyun keçirildiyi çadırın dirəyindən sallanan qadının dirəyi aşırması nəticəsində çadırın içində olanların çoxu yerə yıxılırlar. Gəlinin isə burnu qanayır.