Sərxoş şəxs polisə xəsarət yetirməyə cəhd etdi

Sərxoş şəxs polisə xəsarət yetirməyə cəhd etdi
SOSİAL
13:06 21.04.2020
1119
Şəkidə polis əməkdaşı xidmətdə olan zaman küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edib. 

AZXEBER.COM-un DİN-ə istinadən məlumatına görə, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq onlara müqavimət göstərib. 

Polislər həmin şəxsi intizama dəvət edib, sakitləşdirməyə çalışsa da, o, bıçaqla polisə xəsarət yetirməyə cəhd edib. Həmin şəxs zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə Polis Şöbəsinə gətirilib.

Onun şəhər sakini Sənan Yusifov olduğu müəyyən edilib. S.Yusifovun karantin rejimi qaydalarını pozaraq icazəsiz küçəyə çıxdığı və yüngül dərəcəli sərxoş olduğu məlum olub.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR