Sərxoş sürücü süpürgəçini vurub qaçarkən qəzaya düşdü

Sərxoş sürücü süpürgəçini vurub qaçarkən qəzaya düşdü
SOSİAL
20:00 07.02.2020
3597

Rusiyanın Moskva şəhərində sürücü ard-arda iki qəza törədib.

 Perova rayonunda sərxoş qadın yol-hərəkət qaydalarını pozub.

 

"KİA” markalı avtomobili idarə edən qadın əvvəlcə süpürgəçini vuraraq xəstəxanalıq edib. Daha sonra hadisə yerindən uzaqlaşarkən başqa bir avtomobilə çırpılıb.

Sürücülük vəsiqəsi olmayan, sərxoş vəziyyətdə qəza törədən sürücünün avtomobilində iki yaşlı qız da olub. 

Faktla bağlı inzibati protokol tərtib edilib. 

oxu.az

OXŞAR XƏBƏRLƏR