Sərxoş sürücü traktorla 18 avtomobili vurdu

DÜNYA
11:55 30.10.2024
132
Sərxoş sürücü tərəfindən idarə olunan traktor 18 park edilmiş avtomobilə çırpılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ bölgəsində baş verib.
 
Hadisə dünən gecə saatlarında baş verib.
 
112 təcili çağırış mərkəzinə daxil olan şikayətdən sonra, bir neçə polis qrupu traktoru ələ keçirmək üçün səfərbər edilib. Briqadalar traktoru və sürücüsünü Pullard bölgəsindəki İsmetpaşa bulvarında tutublar.

Yol polisi əməkdaşları tərəfindən sürücü alkoqol testi olunub. Şübhəlidə 3.00 ppm spirt olduğu aşkar edilib.
 
Oksana




OXŞAR XƏBƏRLƏR