Səs-küy, qoxu və natəmizlik: Binəqədidə metal məntəqəsi sakinləri cana yığıb - VİDEO

Səs-küy, qoxu və natəmizlik: Binəqədidə metal məntəqəsi sakinləri cana yığıb - VİDEO
SOSİAL
20:32 25.07.2026
296
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Amin Qəfərli küçəsinin sakinləri yaşayış evlərinin yaxınlığında fəaliyyət göstərən metal qəbulu müəssisəsindən şikayətçidirlər.

Baku TV-yə şikayət edən sakinlərin sözlərinə görə, gecə və səhər saatlarında əraziyə yük maşınları gəlir. Metalların boşaldılması zamanı səs-küy yaranır ki, bu da vətəndaşların rahatlığını pozur. Onlar dəfələrlə müəssisə rəhbərliyinə yaxınlaşaraq iradlarını bildirsələr də, heç bir nəticə əldə olunmayıb.

"Çox əziyyət çəkirik. Gecə vaxtı yük maşınları gəlir, səs-küy yaranır, yata bilmirik", - vətəndaşlardan biri söyləyib.

Digər bir sakin isə qeyd edib:

"Bir ildir biz burada sakit yaşaya bilmirik. Səs-küy, natəmizlik, tullantıların yandırılmasından gələn qoxu bizi narahat edir".

Adının açıqlanmasını istəməyən sözügedən metal qəbulu müəssisəsinin əməkdaşı iddialara cavab olaraq bildirib ki, gecəyarıdan sonra obyektdə iş aparılmır:

"Bir dəfə cərimə də ödəmişəm.

Gecəyarıdan sonra burada iş görülmür. İş səhər saat 09:00-da başlayır, mallar yüklənir və gündüz saat 13:00-da işlər yekunlaşır".

OXŞAR XƏBƏRLƏR