Səsi narahat etdiyi üçün xəstəni süni tənəffüs aparatından ayırdı

Səsi narahat etdiyi üçün xəstəni süni tənəffüs aparatından ayırdı
DÜNYA
01:11 05.12.2022
580
Almaniyada bir qadın xəstə başqa bir xəstənin süni nəfəs aparatının səsindən narahat olduğu üçün cihazı söndürüb. 

AZXEBER.COM xəbər verir ki, hadisə Almaniyanın Manhaym şəhərində baş verib.

72 yaşlı qadın 79 yaşlı otaq yoldaşının süni nəfəs aparatını "səsdən narahat olduğu üçün” söndürüb.
Xəstəxana işçiləri vəziyyətə müdaxilə edərək xəstəyə oksigen verilməsinin həyati əhəmiyyət daşıdığını ona çatdırıblar.

Lakin sonrakı saatlarda yaşlı qadın yenidən süni nəfəs aparatına müdaxilə edib.

Ürəyi dayanan 79 yaşlı xəstə həkimlər tərəfindən xilas edilib, cihazı söndürən qadın isə adam öldürməyə cəhd etdiyinə görə həbs edilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR