Sesk Fabreqas: 'Daha İngiltərədə oynamaq istəmirəm'

İDMAN
16:26 14.02.2013
1143

“Barselona”nın hücumçusu Sesk Fabreqas onun “Arsenal”a qayıtmaq istəməsi haqda bu komandanın baş məşqçisi Arsen Vengerin səsləndirdiyi fikrə münasibət bildirib.

İspaniya mətbuatına açıqlamasında o, yenidən ingilis klublarında oynamaq fikrinin olmadığını söyləyib.“Barsa”ya futbolçu karyeramı sona çatdırmağa gəlmişəm. Hər şey məndən asılı olsa, sona qədər burada qalmaq istəyərəm” - deyərək haqqında yayılan xəbərləri təkzib edib.

O, Çempionlar Liqası 1/8 final mərhələsində gələn həftə oynanılacaq “Milan” - “Barselona” matçı haqda da danışıb: “Çox çətin oyun olacaq. “Uembli”də finalda oynamaq istəyiriksə, bu mərhələni keçməliyik. Bunun üçün isə yaxşı oyun nümayiş etdirməliyik”.

OXŞAR XƏBƏRLƏR