Şesni: “Qarsiya dünyanın ən yaxşı qapıçısı ola bilər”

Şesni: “Qarsiya dünyanın ən yaxşı qapıçısı ola bilər”
İDMAN
21:28 07.10.2025
258
"Barselona”nın polşalı qapıçısı Voyçek Şesni komanda yoldaşı Xuan Qarsiyanın gələcəyi barədə yüksək fikirlər səsləndirib.

AZXEBER.COM "Mundo Deportivo”ya istinadən xəbər verir ki, 35 yaşlı qolkiper Varşavada karyerası haqqında çəkilmiş sənədli filmin təqdimatında danışarkən gənc komanda yoldaşında böyük potensial gördüyünü deyib:

"Xuan bir gün dünyanın ən yaxşı qapıçısı ola bilər. Onun inanılmaz potensialı var. Bu qədər istedadlı futbolçunun inkişafına kiçik də olsa töhfə vermək mənim üçün böyük qürurdur”.

Təcrübəli qapıçı həmçinin "Espanyol”dan transfer edilən Qarsiyanı ilk dəfə məşqlərdə yaxından gördükdən sonra onun səviyyəsinə heyran qaldığını vurğulayıb:
"Keçən mövsüm onu "Espanyol”da izləyəndə artıq yaxşı təsir bağışlamışdı. Amma "Barselona”dakı ilk üç məşqindən sonra anladım ki, bu uşağın zirvəyə çatmaq şansı var”.

Qeyd edək ki, hazırda Xuan Qarsiya zədə səbəbindən oynaya bilmir və "Barselona”nın əsas qapıçısı funksiyasını Voyçek Şesni yerinə yetirir.

 


OXŞAR XƏBƏRLƏR