Səttar Mehbalıyev: “Aministiya Aktının qəbul olunması humanist addımdır”

Səttar Mehbalıyev: “Aministiya Aktının qəbul olunması humanist addımdır”
SİYASƏT
14:05 04.08.2016
1814

“Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən Aministiya aktı ilə bağlı sənəd hazırlanıb və Milli Məclisin müzakirəsinə verilib. Artıq amnistiyaya düşən məhbusların həbsxanalardan buraxılması prosesinə dünəndən başlanılıb”. 

AZXEBER.COM xəbər verir ki, bunu SİA-ya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

Sədrin sözlərinə görə, Aktın qəbul olunması çox hümanist addımdır: “Bu elə bir addımdır ki, həm böyük xeyirxahlıqdır, həm də həbsə düşmüş insanlar üçün bir şansdır. Yəni bu səhvlər bağışlanılır və həmin insanlara yenidən şans verilir ki, onlar yenidən normal həyata qayıtsınlar və cəmiyyətimizdə yararlı vətəndaş kimi fəaliyyət göstərə bilsinlər. Digər tərəfdən bəzən ailə başçısı müəyyən səhv üzündən həbs olunur və onun ailəsi başsız qalır. Araşdırılanda isə məlum olur ki, o cüzi bir səhv edib. Təbii ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bütün bunların hamısını görərək Amnistika Aktı barədə Milli Məclisə təqdim etdi. Bu Akt on minlərlə insana şamil olunacaq. Hətta bəzi insanların cəriməsi belə azaldılacaq”.

S.Mehbalıyev əlavə edib ki, Aministiya Aktı bəzi insanların məhkəmə prosesi gedən müddətdə onlara da şamil olunur: “Artıq onlara iş kəsilmədən məhkəmə zallarından buraxılırlar. Yəni bu addım Azərbaycan xalqı tərəfindən həmişə yüksək qiymətləndirilib. Bütün insanlar Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər. Təbii ki, azadlığa çıxan insanlar da çalışmalıdırlar ki, birdə yenidən həbs olunmasınlar. Onlar Azərbaycanın inkişafı naminə öz əməklərini sərf etməlidirlər”

OXŞAR XƏBƏRLƏR