Səudiyyə Ərəbistanı İraq sərhədinə 30 minlik qoşun yeritdi

DÜNYA
14:27 03.07.2014
1648
Səudiyyə Ərəbistanı İraq sərhədinə 30 min əsgər göndərib.
APA-nın verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” kanalı xəbər yayıb.
Kral Abdullanın mümkün terror təhdidlərinə qarşı bütün lazımi tədbirlərin görülməsi barədə tapşırıq verdiyi bildirilir.
Telekanal İraqın Kərbala şəhərinin şərq hissəsindəki səhradan 2500 nəfər İraq əsgərinin geri çəkildiyini əks etdirən video əldə edib. Kanalın yaydığı videoda zabit bildirir ki, əsgərlərə heç bir səbəb göstərilmədən öz postlarından çıxmaq əmr olunub.
OXŞAR XƏBƏRLƏR