Səudiyyə Ərəbistanı: "İsrailin Rəfaha hücumu fəlakətli nəticələrə səbəb olacaq

Səudiyyə Ərəbistanı: "İsrailin Rəfaha hücumu fəlakətli nəticələrə səbəb olacaq
DÜNYA
11:30 27.02.2024
125
Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan deyib ki, mülki insanları hədəfə almaq təhlükəlidir. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının naziri beynəlxalq ictimaiyyətə çağırış edib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan İsrailin Rəfaha hər hansı hücumunun "fəlakətli nəticələri” barədə xəbərdarlıq edib:

"Biz İsrail ordusunun yerdəyişmə səbəbindən orada olan mülki şəxslərin son sığınacağı olan Rəfaha hücumunun fəlakətli nəticələri barədə xəbərdarlıq edirik”.

Səudiyyə Ərəbistanının naziri bəzi ölkələrin müharibənin davam etdiyi Qəzza zolağında böhrana qarşı tətbiq etdiyi ikili standartları da pisləyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR