Səudiyyə Ərəbistanı təmsilçisi "Fənərbağça"nın hücumçusunu heyətinə qatmaq istəyir

Səudiyyə Ərəbistanı təmsilçisi "Fənərbağça"nın hücumçusunu heyətinə qatmaq istəyir
İDMAN
19:54 29.12.2024
411
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" Türkiyənin "Fənərbağça" klubunun hücumçusu Yussef En-Neserini heyətinə qatmaq istəyir.

Asiyalılar gələn həftə mərakeşli futbolçu üçün Türkiyəyə səfər etməyi planlaşdırır.

"Sarı-lacıvərdlilər" 27 yaşlı forvard üçün 40 milyon avro tələb edəcək. Keçid baş tutarsa, bu, Superliqa tarixində ən bahalı transfer olacaq.

Qeyd edək ki, Yussef En-Neseri cari mövsüm "Fənərbağça"nın heyətində 24 qarşılaşmada meydana çıxıb və 9 qol vurub.
 
\report
OXŞAR XƏBƏRLƏR