Səudiyyə Ərəbistanında Mədinə şəhəri ilə Məkkəni birləşdirən avtomobil yolunda sərnişin avtobusu aşıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər həlak olub, 43 nəfər isə xəsarət alıb.
Hadisə yerinə çox sayda xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, xəsarət alanlardan 3-ünün vəziyyəti ağır, 10-unun vəziyyəti orta ağır, 30-unun vəziyyəti isə stabil dəyərləndirilir.
Digər təfərrüatlar barədə məlumat verilmir.