Səudiyyə Ərəbistanında mərminin yaşayış binasına düşməsi nəticəsində iki nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
AZXEBER.COM-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, mərmi paytaxt Ər-Riyadın cənub-şərqində yerləşən Əl-Xarc vilayətində texniki xidmət və təmizlik şirkətinə məxsus yaşayış binasına düşüb.
Həlak olan və yaralanan şəxslərin Banqladeş və Hindistan vətəndaşları olduğu qeyd olunur.










































