Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları kəşf edildi

Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları kəşf edildi
DÜNYA
11:08 10.04.2025
257
Səudiyyə Ərəbistanında 14 yeni neft və təbii qaz yatağının kəşf edildiyi bildirilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman açıqlama verib.
 
Nazir ölkədə kəşf edilən 14 yeni neft və təbii qaz yatağının Səudiyyə Ərəbistanının qlobal enerji sektorunda lider mövqeyini möhkəmləndirdiyini bildirib.
 
Bildirilib ki, kəşfiyyatı həyata keçirən Səudiyyə Ərəbistanının Aramco Neft Şirkəti şərq bölgəsində, cənubda isə Rubulhali bölgəsində 6 neft yatağı, 2 neft ehtiyatı, 2 təbii qaz yatağı və 4 təbii qaz ehtiyatı aşkar edib.
 
Nazir Bin Salman bəyan edib ki, kəşflər Səudiyyə Ərəbistanının karbohidrogen ehtiyatları ilə zəngin olduğunu və bu ölkənin qlobal enerji bazarında mövqeyini gücləndirəcəyini göstərir.

Dünyanın ən böyük neft şirkəti olan Aramco, 2023-cü il məlumatlarına görə gündəlik 12,3 milyon barel xam neft hasilat gücünə malikdir. Səudiyyə Ərəbistanı ABŞ-dən sonra dünyanın ikinci ən böyük xam neft istehsalçısı olaraq qalır.

Oksana
OXŞAR XƏBƏRLƏR