Səudiyyə Ərəbistanından Ronaldoya ŞOK QADAĞA

İDMAN
13:01 29.02.2024
173
Səudiyyə Ərəbistanının "Əl Nassr” komandasında çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo azarkeşlərə qarşı davranışına görə 1 oyunluq cəza alıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının açıqlamasında Ronaldonun 3-2 hesabı ilə qalib gəldiyi oyundan sonra azarkeşlərə qarşı davranışı səbəbilə bir oyunluq cəza aldığı bildirilib. 

Həmçinin Ronaldonun federasiyaya 10 min Səudiyyə Ərəbistanı rialı (təxminən 5 min manat), "Əl Şabab” klubuna isə 20 min Səudiyyə Ərəbistanı riyalı (təxminən 10 min manat) cərimə ödəməsinə qərar verildiyi də bildirilib. 

Oksana Orucova

OXŞAR XƏBƏRLƏR