"Mən dinozavram, amma həyatımda belə bir şey görməmişəm".
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının neft naziri deyib.
1980-ci illərdən bəri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) toplantılarına qatılan Əbdüləziz bin Selman bildirib ki, dünyanın enerji potensialı tükənmək üzrədir: "Mən bir dinozavram, amma həyatımda belə bir şey görməmişəm".
"Dünya mövcud reallığı anlamalıdır. Dünya bütün səviyyələrdə enerji potensialının tükənməsi ilə üz-üzədir", - Səudiyyə Ərəbistanının neft naziri əlavə edib.
Aydın