Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Qətərdə keçirilən dünya çempionatında argentinalılar üzərində qələbəyə görə milli komandanın hər bir oyunçusuna "Rolls Royce Phantom” avtomobili hədiyyə edib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı millisinin oyunçuları belə bir hədiyyəni ağlasığmaz adlandırıblar. Belə ki, 2022-ci ildə buraxılan "Phantom” modelinin qiyməti 460-550 min dollar arasında dəyişir.
Xatırladaq ki, noyabrın 22-də Səudiyyə Ərəbistanı millisi dünya çempionatının qrup mərhələsinin ilk turunda Argentina yığmasını 2:1 hesabı ilə məğlub edib.