Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək
MƏDƏNİYYƏT
16:53 12.02.2025
1230
Əməkdar artist Sevda Ələkbərzadə uzun zaman sonra "Sən yadıma düşəndə" adlı konsert verəcək.
 
AZXEBER.COM xəbər verir ki, musiqili 10 may tarixində gecə Bakı Konqres Mərkəzində baş tutacaq.
 
"Böyük sevgi və həyəcanla bu xəbəri sizinlə bölüşürəm. 10 may Bakı Konqres Mərkəzində sizi öz musiqi dünyama qərq olmağa dəvət edirəm. "Sən yadıma düşəndə” adlı solo konsert proqramında ən sevdiyiniz nəğmələrimi sizin yadınıza salacam. Səhnəyə gəldiyim ilk gündən ifa etdiyim bütün sevilən mahnılarımı bu gecə sizə ithaf edəcəm. Gəlin, bu günü bərabər yaşayaq, ruhumuzu musiqi ilə yeniləyək" deyə Əməkdar artist həyəcanını izləyiciləri ilə bölüşüb.
 
Aysel

 



 


OXŞAR XƏBƏRLƏR