ARB televiziyasında yayımlanan
"Elgizlə izlə” verilişinə canlı bağlanan müğənni Sevda Əliqızı ilk dəfə xəstəliyini
açıqlayıb.
AZXEBER.COM xəbər verir
ki, sənətçi süd vəzi xərəngindən əziyyət çəkdiyini bildirib.
Sağlamlığı haqqında
AZXEBER.COM-un suallarını cavablandıran müğənni bunları deyib:
"Bu haqda danışmaq mənə heç xoş deyil. Çünki bu xəstəliklə gündəmə gəlmək istəmirəm. Hal-hazırda da həkim qəbulundayam. Müalicələrə hələ ki, başlamamışam. Ona görə ki, hələ analizlər aparılır. Son nəticələrə əsasən qərar veriləcək ki, əməliyyat olunmalıyam ya müalicəyə başlamalıyam”.
Müğənni müalicəsini Azərbaycan
həkimlərinə həvalə edəcəyini bildirib:
"Müalicəyə başlasam təbii ki, bunu Azərbaycanda edəcəm. Heç bir xarici ölkəyə getmək fikrim yoxdur”.
Aysel