Sevda Əliqızı: “Xəstəliyimlə gündəmə gəlmək istəmirəm”- AÇIQLAMA

Sevda Əliqızı: “Xəstəliyimlə gündəmə gəlmək istəmirəm”- AÇIQLAMA
MAQAZİN
11:17 24.11.2023
182

ARB televiziyasında yayımlanan "Elgizlə izlə” verilişinə canlı bağlanan müğənni Sevda Əliqızı ilk dəfə xəstəliyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, sənətçi süd vəzi xərəngindən əziyyət çəkdiyini bildirib.

Sağlamlığı haqqında AZXEBER.COM-un suallarını cavablandıran müğənni bunları deyib:

"Bu haqda danışmaq mənə heç xoş deyil. Çünki bu xəstəliklə gündəmə gəlmək istəmirəm. Hal-hazırda da həkim qəbulundayam. Müalicələrə hələ ki, başlamamışam. Ona görə ki, hələ analizlər aparılır. Son nəticələrə əsasən qərar veriləcək ki, əməliyyat olunmalıyam ya müalicəyə başlamalıyam”.


Müğənni müalicəsini Azərbaycan həkimlərinə həvalə edəcəyini bildirib:

"Müalicəyə başlasam təbii ki, bunu Azərbaycanda edəcəm. Heç bir xarici ölkəyə getmək fikrim yoxdur”.

 

 

Aysel

OXŞAR XƏBƏRLƏR