Müğənni Sevda Sanəliyeva verilişlərə çıxmamasının səbəbini açıqlayıb.
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, sənətçi "Hər şey daxil" proqramında bildirib ki, qalmaqallardan uzaq olmağa çalışır:
"Verilişlərə uzun müddətdir "yox" deyirəm, yəni seçib çıxıram. Əgər mövzu qalmaqaldırsa, istəmirəm. Qorxaq deyiləm, cavab verə bilərəm, amma istəmirəm. Sadəcə, ailəmə, həyat yoldaşıma, onun işinə görə susuram, çəkilirəm qırağa. Cavab verəndə deyirlər, niyə aqressivsən? Əsəbi insanam, tez özümdən çıxıram. Cavab verməyəndə isə deyirlər, qorxur, başı aşağıdır".