Sevda Sanaliyeva üçün - HƏYATIN 24 ANI

MAQAZİN
00:30 28.01.2015
10701

AZXEBER.COM bu gündən etibarən yeni rubrikaya start verir.

“Həyatın 24 anı” adlanan yeni rubikada məşhurlar, tanınmış şəxslər, ictimai-siyasi xadimlər həyatlarının ən yadda qalan, ən unudulmaz və ən ağrılı anlarını bizimlə bölüşür.

Beləliklə, rubrikamızın ilk qonağı tanınmış müğənni Sevda Sanaliyevadır.

Özünüzü nə vaxt bu vəziyyətlərdə hiss etmisiz? Ağlınıza gələn ilk cavabı verin. Mümkünsə cavablar səmimi və lakonik olsun

1. Qürurlu– Həyatımın ən çətin günlərində hər kəsə nə qədər rahat yaşadığımı hiss etdirdiyim günlər.

2. Depressiv– Ana ola bilməyəcəyimi bildiyim gün

3. Sevincli- Hamilə olduğumu bildiyim gün. Çünki bu mümkünsüz idi, amma Allah mənə bu xoşbəxtliyi nəsib etdi.

4. Həyəcanlı- Sevdiyim insanla ailə qurduğum gün

5. Sarsılmış- Anamın vəziyyəti kritik olduğu gün

6. Şok içində- Sağlamlığıma qəsdən zərər vurulduğunu bildiyim gün

7. Gücsüz– Anam kliniki ölüm keçirdiyi gün həyatımın ən çətin və gücsüz günü idi. Amma Allahın izniylə yaşadıram anamı

8. Peşman- Ali təhsil almadığım üçün

9. Lazımsız– Belə hiss elədiyim vaxt olmuyub, inşallah olmaz da

10.Təəccüblənmiş- İnsanlar məni tez-tez təəccübləndirir, yəqin onlara tez inanıram ona görə.

11. Xoşbəxt- Son 8 ay həyatımda keçirdiyim ən xoşbəxt günlədir. Allah çox görməsin

12. Minnətdar- Minnətdarlığım Allahımadır, nəfəs aldığım üçün, yaşadığım üçün

13. Şanssız- Atamla bağlı qanadsız quş kimiyəm və bu məsələdə çox şanssızam....

14. Ehtiraslı– (gülür) ...

15. Sahibsiz, güvənsiz- Kimisə atasıyla görəndə düşünürəm ki, heç kəs atanı əvəz edə bilməz. Bu an özümü çox sahibsiz və güvənsiz hiss edirəm.

16. Tənha- Heç vaxt. Çünki tənha deyiləm, hər zaman yanımda Allahı hiss edirəm, o hər saniyə qoruyur məni. Öz səhvlərim ilə belə.

17. İnamsız- Dəyər verdiyin birinin dəyişdiyini gördükdə. Ya da elə əsl üzünün bu olduğunu görəndə...

18. Vicdan əzabı çəkən- Anamın hansısa istəyini gecikdirəndə vicdan az qalır öldürsün məni. Çox qorxuram ki, onun hansısa arzusunu ürəyində qoyaram. İstəyirəm o dünyanın ən xoşbəxt adamı olsun.

19. Qısqanc– Hmmm həmişə, hər an, hər saniyə...

20. İnamlı- Hər zaman belə olmağa çalışıram

21. Laqeyd– Qeyri-ciddi insanlara və işlərə qarşı hər zaman beləyəm

22. Vicdanlı– Hər zaman beləyəm məncə, xüsusi hallar yoxdur

23. Təhlükəsiz–Ailəm yanımda olanda hər zaman beləyəm

24. Həyəcanlı– (gülür)....

OXŞAR XƏBƏRLƏR