Sevda toyunda iki gəlinlik geyinəcək

Sevda toyunda iki gəlinlik geyinəcək
MAQAZİN
15:28 17.06.2021
1990
Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla toy etməyə hazırlaşır.

AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "10-da görüşək" proqramında deyib. O bildirib ki, toy üçün iki gəlinlik hazırlayıb.

 

Sənətçi gəlinliklərindən birini türkiyəli modelyer Muammer Kətançının hazırladığını söyləyib. Muammer paltarı 2 aya hazırlayıb.

Qeyd edək ki, Sevda və Zakir ötən il nikah masasına oturub. Cütlük pandemiyaya görə toyunu bir neçə dəfə təxirə salıb.


OXŞAR XƏBƏRLƏR