Sevda Yəhyayeva ilə Ruslan Abışovu nə birləşdirir?

ŞOU-BİZNES
11:28 04.04.2011
1972

Bir çox ölkələrədə futbolçuların kliplərə çəkilməsinə rast gəlsək də, Azərbaycanda bu ilk dəfə olub. Milli komandanın və “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov gənc müğənni Sevda Yəhyayevanın yeni klipinə çəkilib.

Bu haqda açıqlama verən Sevda xanım Ruslanla çəkdirdiyi klip barədə danışıb: “ Öz işimdə həmişə yeniliklər etməyə çalışıram. Bir futbolçu ilə klip çəkdirmək qərarına gəldim. Ruslanı isə milli komandadakı çıxışlarından tanıyırdım. Ona mənimlə klipə çəkilmək təklif etdim və Ruslan razılaşdı. Yanvar ayından çəkilişlərə başladıq. Razı qaldım, bundan sonra da birgə layihələrimiz olacaq”.

Sevda Yəhyayeva Abışovun oyunlarını izlədiyini də dedi: “Ruslan Abışovun həm “Neftçi”də, həm də milli komandanın heyətində oyunlarını izləyirəm. Belçika ilə oyuna da baxdım. Ruslan qol vuranda çox sevindim. Tanıdığım, dostluq etdiyim insanların uğuruna həmişə sevinirəm. Ruslana futbolçu karyerasında uğurlar arzulayıram”.

Qeyd edək ki, Ruslan Abışovun çəkildiyi “Gecdir daha” mahnısının klipi sabah ictimaiyyətə təqdim olunacaq. Təqdimat mərasimi sabah sabah 16:30-da “Park Bulvar”da olacaq.

/// premyerliqa.az

 

OXŞAR XƏBƏRLƏR