Sevda Yahyayeva türk müğənnisi Emre Aydını məyus etdi

Sevda Yahyayeva türk müğənnisi Emre Aydını məyus etdi
MAQAZİN
19:04 03.10.2012
5025
O, Bakı konsertində çıxış edə bilməyəcək.
Populyar estrada müğənnisi Sevda Yahyayeva, noyabrın 17-də paytaxtımıza ilk dəfə təşrif buyuracaq türkiyəli sənətçi Emre Aydınla eyni səhnəni bölüşə bilməyəcək.Əməkdaşımızla söhbəti zamanı Sevda səbəbi belə izah etdi: "Əslində Emre Aydınla eyni səhnəni bölüşmək mənim özümə də maraqlı idi. Ancaq gözlənilmədən xaricdə yaşayan azərbaycanlılar tərəfindən dəvət aldım. Hələ ki, bu barədə tam açıqlama vermək istəmirəm.İnanın, mənə uğur gətirəcək layihə üçün xaricə gedəcəyəm.Təşəkkürlərim Emrenin konsertini təşkil edən şirkətin əməkdaşlarınadır. Onlar konsertdə iştirak etməyəcəyimi hörmətlə qarşıladılar".
//milli.az
OXŞAR XƏBƏRLƏR