Sevda Yahyayeva türkiyəli müğənni Emre Aydınla bir səhnədə oxumaqdan imtina edib. Konsertin təşkilatçısı Əli Hüseynovun Gün.Az-a verdiyi xəbərə görə, buna səbəb Sevda Yahyayevanın eyni gündə başqa məkanda konsert verməsi olub.“Sevda ilə danışıqlar aparıb, razılığa gəlmişdik. Konsert noyabrın 17-də olacaqdı. Sonradan Sevda bizim konsertdə iştirakdan imtina etdi. Bildirdi ki, noyabrın 16-17-də başqa səhnədə çıxışı var”. Təşkilatçı onu da bildirib ki, Emre Aydın Bakı səhnəsində tək çıxış edəcək.Xatırladaq ki,“A plus production” və “ALL Stars”ın birgə təşkil etdiyi konsert Bakının dəbdəbəli məkanlarından olan “Buta Palace”də keçiriləcək. Konsertin biletləri yerindən asılı olaraq 40-100 manat arasında dəyişəcək.