NOW TV-də yayımlanması planlaşdırılan "Sevdam Karadeniz” serialında cast dəyişikliyi davam edir. Emre Beydən sonra bu dəfə Aslıhan Malbora da layihədən ayrılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihənin əsas rollarından birini canlandırması planlaşdırılan Aslıhan Malbora, çəkilişlər başlamadan komandadan ayrılıb.
Məlumata görə, aktrisa "Zeyşan Yeniceli” obrazını canlandırmağa hazırlaşsa da, tərəflər arasında qarşılıqlı razılaşma əsasında layihədən ayrılma qərarı verilib.
"Zeyşan Yeniceli” roluna yeni ad axtarılır.
Ardıcıl baş verən ayrılıqlardan sonra serialın ən çox müzakirə olunan mövzusu "Zeyşan Yeniceli” obrazının kimə həvalə olunacağıdır. Prodüser şirkətinin yaxın günlərdə yeni kast seçimi ilə bağlı qərar verməsi gözlənilir.
"Sevdam Karadeniz” serialında aktyor heyəti ilə bağlı yeniliklərin davam edəcəyi bildirilib.
Aysel











































