Sevdanı aldatmaq istədilər: "Diqqətli olun, ona inanmayın"

Sevdanı aldatmaq istədilər: "Diqqətli olun, ona inanmayın"
MAQAZİN
18:18 10.06.2026
186
Müğənni Sevda Sanəliyeva üz estetik prosedurları ilə bağlı müraciət etdiyi kosmetoloqdan narazılığını ifadə edib.

AZXEBER.COM xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, eyni xidmət üçün fərqli nömrələrdən əlaqə saxladıqda ona müxtəlif qiymətlər təqdim olunub.

Sevda Sanəliyevanın sözlərinə görə, dodaq proseduru ilə bağlı bir müraciətində xidmətin qiymətinin 300 manat olduğu, ona xüsusi endirim edilərək 200 manata başa gələcəyinin deyildiyi bildirilib. Lakin başqa hesabdan yazdıqda həmin prosedurun standart qiymətinin 200 manat olduğu, onun üçün isə 180 manata təklif edildiyi qeyd olunub.

Müğənni izləyicilərinə müraciət edərək qiymətlərlə bağlı diqqətli olmağa çağırıb:

"Eyni xidmət üçün fərqli adlarla yazdım və hər dəfə başqa məbləğ eşitdim. Buna görə də insanlara məsləhət görürəm ki, qiymətləri müqayisə etsinlər və bu məsələlərdə diqqətli olsunlar.”

Sənətçinin paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
 
Asyel
 

 


OXŞAR XƏBƏRLƏR