Prezidentdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı FƏRMAN

Prezidentdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı FƏRMAN
SİYASƏT
20:06 10.06.2026
499
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. 

AZXEBER.COM xəbər verir ki, Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun optimallaşdırılması və onun fəaliyyətində səmərəliliyin artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529; 2025, № 5, maddə 459, № 8, maddə 763, № 11, maddə 1037, № 12 (I kitab), maddələr 1137, 1147; 2026, № 1, maddə 32) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçıları aparatlarının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nın 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

 1.Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı

1.12. Yekun 155

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. aşağıdakı büdcə təşkilatlarının yaradılmasını təmin etsin:

2.1.1.1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi;

2.1.1.2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Ticarət və Xidmət Departamenti;

2.1.1.3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Heydər Məscidi İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Heydər Məscidi İdarəsi;

2.1.2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Heyvanat Parkının "Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən yaradılması nəzərdə tutulan Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşmə yolu ilə yenidən təşkilini təmin etsin;

2.1.3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət "İnterservis”in Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkilini təmin etsin;

2.1.4. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə” Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görsün;

2.1.5. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etsin;

2.1.6. bu Fərmanın 2.1.1 – 2.1.3-cü yarımbəndlərində nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi, habelə həmin qurumların maddi-texniki təminatı, əsasnamələrinin (nizamnamələrinin) təsdiqi, işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla işçilərinin say həddinin müəyyən edilməsi ilə bağlı tədbirlər görsün;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bakı Şəhər İcra Hakimiyyəti:

3.1. strukturunun və ştat vahidlərinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş nümunəvi struktura və ştat vahidlərinə uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturunun və əməkhaqqı sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla zəruri tədbirlər görsün;

3.3. bu Fərmanın 5-ci hissəsi nəzərə alınmaqla, bu Fərmanın 2.1.1 – 2.1.3-cü yarımbəndlərinə əsasən yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun dörd ay müddətində təsdiq olunmasını təmin etsin;

3.4. bu Fərmanın 3.1-ci bəndinin tətbiqi ilə əlaqədar ştatları ixtisar olunan dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsün;

3.5. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, bu Fərmanın 3.4-cü bəndi nəzərə alınmaqla, ştatları ixtisar olunan dövlət qulluqçularının analoji dövlət qulluğu vəzifələrinə təyin edilmələri ilə bağlı öz fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmana əsasən yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ştaynmayer Çini beynəlxalq nizamın qorunmasına töhfə verməyə çağırıb
18:35 30.10.2026
Ştaynmayer Çini beynəlxalq nizamın qorunmasına töhfə verməyə çağırıb
"Mançester Yunayted" qışda Dominik Kalvert-Lyuini heyətinə qatmağa çalılşacaq
18:12 30.10.2026
"Mançester Yunayted" qışda Dominik Kalvert-Lyuini heyətinə qatmağa çalılşacaq
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
17:53 30.10.2026
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:40 30.10.2026
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
17:28 30.10.2026
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
17:18 30.10.2026
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
17:00 30.10.2026
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
16:33 30.10.2026
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?