Daha çox rəqqasə Sevda kimi tanınan, sonradan isə müğənnilik həyatına addım atan Sevda Sanəliyevanın toyu olub.
Sənətçi yaxın dostlarını və sənət yoldaşlarını ətrafına toplayıb ötən gün özünə məhdud çərçivədə xoş gün keçirib.
Paytaxtda yerləşən şadlıq saraylarından birində keçirilən toyda şou biznes nümayəndələri də iştirak ediblər. Rəqqasə-müğənni mediadan gizli şəkildə keçirdiyi toyuna gəlinlik geyinməkdən də imtina edib. O, mərasimdə sadə ağ libasda və sadə saç düzümündə olub.
Sevdanın toyundan olan fotoları iştirak edən qonaqlar sosial şəbəkədə paylaşıblar.
///ANSPress



